Gün çıxana kimi, jalə göz çıxardar.

While the sun’s rising, the dew rots the seeds. / Cf. While the grass grows the horse (the steed) starves. * Пока солнце взойдёт, роса очи (глаза) выест. (Пока наступит что-либо долгожданное и желаемое, уже отпадёт в нём необходимость, уже будет поздно.)
Gün aydın!
gün çürütmək
OBASTAN VİKİ
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor. Soyad Afife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Göz
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — İran tarixçisi və professor. 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir. Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur. Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu. Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paralimpiya komitəsinin idarə heyətinin üzvü, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin Fəxri üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir, IDDO Psixi Sağlamlıq Proqramının rəhbəri, hüquq elmləri magistrı. Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. Ehtiyatda olan zabitdir. Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır.
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Jalə Məhsimova
Jalə Məhsimova (2 sentyabr 1996 ?, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Beylerbeyi spor" və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi. 2014-cü ildə "Fidan" klubunda çıxış edib. Həmçinin "Səbail" klubunda da çıxış edib. 2017-ci ildə Rusiyanın "Torpedo İlyevsk" klubunda çıxış edib. 2018-ci ildə "Sumqayıt" klubunda çıxış edib. 2019-cu ildə "Uğur" klubunda çıxış edib. 2020- "Zenit" klubuna transfer oldu. Burda 3 il çıxış etdi. 2023-cü ilin ilk yarısında, "KDZ Ereğlispor" klubunda çıxış edib.
Jalə Piriyeva
Jalə Piriyeva (10 may 2000, Bakı) — individual bədii gimnastdır. O, 2016-cı ilin Azərbaycan milli çempionu və üç dəfə (2013-2015) gənclər arasında Azərbaycan milli çempionu olub. == Həyatı == Piriyeva 4 yaşında gimnastikaya başlayıb. 2012-ci ildə Macarıstanda keçirilən Beynəlxalq turnirdə çoxnövçülük üzrə qızıl medal qazanıb. 2013-cü ildə Estoniyada keçirilən Valentine Kubokunda halqa, top və gürzlər üzrə 3 qızıl medal qazanıb. O, 2013-cü ildə Moskva Qran-Prisində gənclər bölməsində çıxış edərək çoxnövçülük üzrə bürünc medal qazanıb. Həmçinin 2013-cü ildə Dünya Kuboku seriyasında da iştirak edib . 2014-cü ildə Piriyeva mövsümə Estoniyanın Tartu şəhərində keçirilən Miss Valentine yarışmasında halqa üzrə qızıl medal qazanaraq başladı. O, Debrecendə keçirilən Dünya Kuboku seriyasının yarışlarında iştirak edərək Azərbaycan komandası ilə birlikdə bürünc medal qazanmışdır, Lissabonda halqa və lent üzrə 2 qızıl medal qazanmışdır, Minskdə lent finalına vəsiqə qazanaraq və 5-ci yeri tutmuşdur. 10-16 iyun tarixlərində Piriyeva 2014-cü il Avropa Gənclər Çempionatında iştirak edərək, Azərbaycan komandası bürünc medal qazanmışdır, həmçinin o, 3 fərdi finala vəsiqə qazanaraq halqa üzrə Rusiyanın Yuliya Bravikovadan sonra gümüş medal qazanmışdır.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Rəykkönen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Göz (dəqiqləşdirmə)
Göz
Göz damcıları
Göz damcıları — gözlərə damcılama yolu ilə tətbiq olunan izotonik məhlul. İstifadə olunduğu xəstəlikdən asılı olaraq, onların tərkibində dərmanlar və ya yalnız nəmləndirici və gözyaşardıcı məhlullar ola bilər. Əczaçılar göz damcılarının əksəriyyətini 28 gündən sonra atmağı məsləhət görürlər, çünki onlar yalnız 28 gün ərzində məhlulda sabitdirlər. Xəstələr müxtəlif rəngli qablaşdırmasına görə göz damcılarının müxtəlif farmakoloji siniflərini tanıya bilərlər. Məsələn, göz bəbəklərini genişləndirmək üçün damcıların qablaşdırmasının rəngi allergiya üçün damcıların qablaşdırmasının rəngindən fərqlidir. Səthin sağalmasına müxtəlif yanaşmalar təmin edən çox sayda süni gözyaşı damcıları var. Bikarbonat ionlarının tərkibində, hipotoniklikdə, özlülükdə fərqlənən və tərkibində konservantlar olmayan növlər var. Onların hamısı fərqli təsir göstərir və buna görə də ən yaxşı nəticə verəni tapmaq üçün müxtəlif süni göz yaşlarını sınamaq lazımdır. Bu damcıların bir neçə ümumi adı var: "süni gözyaşı", "rahatlıq damcıları", "nəmləndirici damcılar". Tərkibində steroid və antibiotik olan göz damcıları göz infeksiyalarının müalicəsində istifadə olunur.
Göz kölgəsi
Göz kölgəsi — göz qapağına rəng verməsi üçün istifadə edilən müxtəlif rənglərdə, işıltılı və ya simli ola bilən makiyaj məhsuludur. Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Göz rəngi
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz rəngləri
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz xəstəlikləri
Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa. Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və gözü hərəkət etdirən əzələlərin bağlanması üçün xidmət edir. Fibroz qişa 2 yerə bölünür: buynuz qişa və sklera. Buynuz qişa - O, şəffafdır və səthi hamardır, parıltılıdır. Sındırma qüvvəsi 40 dptr.
Göz yaşları
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var. Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur. Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
Göz transplantasiyası
Göz transplantasiyası insan gözünün qlobusunun donordan resipiyentə köçürülməsidir. 1885-ci ildə Revue générale d'ophtalmologie, 17 yaşlı bir qızın stafilomatoz və buftalmik gözünün Dr. Çibret tərəfindən dovşan gözü ilə əvəz edildiyini bildirir.